“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

ATİB və ATİAHİ-nin birgə təşkilatçılığı ilə məlumatlandırma görüşü keçirilib

28/02/2025, 16:45
xeber1


Fevralın 28-də Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) birgə təşkilatçılığı ilə təhsil, təlim və konsaltinq sahəsində fəaliyyət göstərən özəl müəssisələr üçün məlumatlandırma görüşü keçirilib.


Görüşdə ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvləri, ATİAHİ sədrinin müavinləri Tehranağa Abdullayev, Turanə Kərimova, Mirzə Cəfərzadə, eləcə də ölkəmizdə fəaliyyət göstərən bir sıra özəl ali və ümumi təhsil məktəblərinin, əlavə təhsil mərkəzlərinin, kursların və konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.


Tədbirin açılışında çıxış edən ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov Birliyin sosial məsuliyyətinin tərkib hissəsi kimi Azərbaycanda və Türkiyədə iqtisadiyyatla yanaşı, sosial sahələrin inkişafına da önəm verdiyini vurğulayıb. O, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə cari il imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində bu istiqamətdə səmərəli əməkdaşlıq etməyi hədəflədiklərini diqqətə çatdırıb.


Daha sonra ATİAHİ Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev son dövrlərdə ittifaq üzvlərinə göstərilən diqqət və qayğıdan, həmçinin təhsil işçilərinin asudə vaxtlarının səmərəli keçirilməsi və onların hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışıb.


ATİAHİ sədrinin müavini Mirzə Cəfərzadə isə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının fəaliyyət istiqamətləri, həmçinin həmkarlar təşkilatlarının üzvlərinə göstərilən xidmət və imtiyazlar barədə təqdimat edib.


Tədbir iştirakçılarla tanışlıq və onları maraqlandıran suallar ətrafında fikir mübadiləsi ilə davam edib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: