“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Atletika idman növü üzrə Rayon birinciliyi keçirilib

14/10/2025, 17:36
xeber1

Atletika idman növü üzrə Rayon birinciliyi keçirilib

14 oktyabr 2025-ci il tarixdə Beyləqan rayon N.Allahverdiyev adına şəhər 1 nömrəli tam orta məktəbin idman meydançasında “Məktəblilər arasında respublika çempionatı”nın atletika idman növü üzrə rayon birinciliyi keçirilib.

Yarışın əsasnaməsinə əsasən 2014-2015-ci il təvəllüdlü oğlan və qızlar yarışda 100 m qaçış, yerindən uzunluğa tullanma, top atma və estafet qaçışı üzrə mübarizə aparıblar.

Qalib komandalar ETİHİ Beyləqan Rayon Komitəsi tərəfindən kubok, medal və diplomlarla təltif olunublar.

Qeyd edək ki, yarışın keçirilməsində məqsəd atletika idman növünün təbliği və inkişaf etdirilməsi, yeniyetmələrin sağlam həyat tərzinə cəlb edilməsi, ümidverici idmançıların aşkar edilməsi, onların yarış təcrübələrinin artırılmasından ibarət olub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: