“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Avqustun 16-da ETİHİ Xətai Rayon Komitəsinin təşkilatçılığı ilə texniki işçilərdən ibarət ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili və mənalı istirahətinin təmin olunması məqsədilə Qusar rayonuna bir günlük səfər təşkil olunmuşdur.

17/08/2025, 16:22
xeber1

Səfər çərçivəsində ittifaq üzvləri füsunkar təbiət gözəllikləri ilə əhatə olunmuş məkanda istirahət etmiş, gündəlik iş yorğunluqlarını unudaraq təmiz havadan və gözoxşayan mənzərələrdən zövq almışlar. Bu istirahət həm fiziki, həm də mənəvi rahatlıq bəxş etməklə yanaşı, həmkar üzvləri arasında səmimiyyətin, ünsiyyətin və həmrəyliyin də möhkəmlənməsinə xidmət etmişdir.

Səfər iştirakçıları onlar üçün yaradılan bu xoş fürsətə görə dərin razılıq hissi ifadə etmiş, göstərilən diqqət və qayğıya görə AHİK və ETİHİ rəhbərliyinə, eləcədə ETİHİ Xətai Rayon Komitəsinə səmimi minnətdarlıqlarını çatdırmışlar. Onlar bildiriblər ki, belə tədbirlər işçilərin həm mənəvi dincəlməsinə, həm də əmək fəaliyyətinə daha böyük həvəslə davam etməsinə mühüm stimul verir.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: