Xəbərlər
Avqustun 23-də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xətai Rayon Komitəsinin təşkilatçılığı ilə “Nazlı Bulaq” istirahət mərkəzinə bir günlük səfər təşkil olunmuşdur.

Avqustun 23-də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xətai Rayon Komitəsinin təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili məqsədilə Quba rayonunun füsunkar təbiəti ilə seçilən “Nazlı Bulaq” istirahət mərkəzinə bir günlük səfər təşkil olunmuşdur.
Səfər iştirakçıları istirahət mərkəzinin gözoxşayan mənzərələrindən zövq almış, təmiz havada və təbiət qoynunda dincələrək xoş və mənalı istirahət keçirmişlər. Tədbir çərçivəsində ittifaq üzvlərinin bir-biri ilə daha səmimi ünsiyyət qurması, həmkar birliyinin möhkəmlənməsi və gündəlik iş fəaliyyətindən kənarda birgə vaxt keçirməsi üçün əlverişli imkan yaradılmışdır.
İştirakçılar bu xoş fürsəti təmin etdiklərinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə, eləcə də ETİHİ Xətai Rayon Komitəsinə dərin minnətdarlıqlarını ifadə etmişlər. Onlar həmçinin Təhsil həmkarlar ittifaqının daim üzvlərinin yanında olduğunu, onların əmək, sosial və iqtisadi hüquqlarının qorunması və qanuni mənafelərinin müdafiəsi istiqamətində köməklik göstərdiyini vurğulamışlar.






