Xəbərlər
Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta ümumtəhsil məktəbində yubley tədbiri
10/04/2026, 12:35

ETİHİ Qazax Rayon Komitəsinin üzv təşkilatçılarından olan Qaymaqlı kənd tam orta məktəbin ibtidai sinif müəllimi Fatma Əhmədova 65 illik yubileyi münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin sədri Donara Həsənova tərəfindən təbrik edilib.
D. Həsənova çıxış edərək yubilyarın təhsil sahəsində əldə etdiyi nailiyyətləri xüsusi vurğulayıb. Sonda yubiley münasibətilə Fatma Əhmədovaya fəxri fərman, gül dəstəsi və hədiyyə təqdim olunub.






