Xəbərlər
Aygün Abbasovanın 65 illik yubileyi qeyd olunub.
Bərdə rayonu İlqar Abbasov adına Kələntərli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Abbasova Aygün Həbib qızının 65 yaşı tamam olması münasibətilə tədbir keçirilib.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli məktəbə gedib və Aygün Abbasovanı 65 illik yubileyi münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və pedaqoji fəaliyyətində uğurlar arzulayıblar.
Təbrik zamanı müəllimənin təhsil sahəsində uzunillik və səmərəli fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlər yüksək qiymətləndirilib.
Yubiley münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsi tərəfindən Aygün Abbasovaya fəxri fərman və hədiyyə təqdim olunub.
Səmimi görüş xoş təəssüratlarla başa çatıb və sonda xatirə şəkili çəkilib.




