Xəbərlər
Aygünlü kənd məktəbinin ittifaq üzvləri Qubanın “Qoşa Qaya” istirahət mərkəzində olublar

ETİHİ Şabran Rayon Komitəsinin təşkilatçılığı ilə 20 iyun 2026-cı il tarixində Şabran rayon Cəlal Məmmədov adına Aygünlü kənd tam orta ümumtəhsil məktəbinin bir qrup ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili üçün Quba rayonunun Təngaltı kəndi - “Qoşa Qaya” istirahət mərkəzinə ekskursiya təşkil olunmuşdur.
Təbiətin füsunkar güşələrindən olan Təngaltı dərəsində və “Qoşa Qaya” istirahət mərkəzində keçən gəzinti zamanı müəllimlər kollektiv şəkildə xoş və yaddaqalan anlar yaşayıblar. Təhsil işçiləri asudə vaxtlarının belə gözəl məkanda, yüksək səviyyədə təşkilinə və yaradılan şəraitə görə ETİHİ Respublika Komitəsinə dərin təşəkkürlərini bildiriblər.






