“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Ayın İdman Növü" layihəsinə əsasən V sinif şagirdləri arasında şahmat yarışı keçirilib

17/03/2026, 10:53
xeber1


Ağcabədi şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbin fiziki tərbiyyə müəllimi Elgün Həsənov "AYIN İDMAN NÖVÜ" layihəsi çərçivəsində məktəbdaxili şahmat yarışı təşkil edib.

16 mart 2026-cı il tarixində Ağcabədi şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində "Ayın İdman Növü" layihəsinə əsasən V sinif şagirdləri arasında şahmat yarışı keçirilib.

Yarışda iştirak edən şagirdlər şahmatın strateji düşünmə və əqli bacarıqları inkişaf etdirməsi ilə yanaşı, həm də əzmkarlıq və səbir tələb edən bir oyun olduğunu nümayiş etdirərək maraqlı və gərgin mübarizə aparıblar.

Ağcabədi şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbin fiziki tərbiyyə müəllimi Elgün Həsənov həmdə gənc müharibə iştirakçısıdır. Vətənin azadlığı uğrunda döyüşən əskər, bu gün isə şagirdlərin sağlamlığı , döyüş əzimkarlığı ,vətənə sevgi ruhunda əzimlə mübarizə aparır. Respubilika və dünya səviyyəli yarışlarda şagirdləri və özü daim qələbə ilə Ağcabədi Rayon idmanını təmsil edir.

ETİHİ Ağcabədi Rayon Komitəsi olaraq daim Elgün Həsənovla maraqlanır,uğurlarına sevinir,maddi və mənəvi köməklik göstərilir.

Hər zaman idmanda yeni zirvələrə Elgün müəllim.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: