“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azad Ağdamın Yaşıllaşdırılması.

20/11/2025, 11:51
xeber1

“Azad Ağdamın Yaşıllaşdırılması” layihəsi çərçivəsində 20 noyabr 2025-ci ildə Ağdam şəhəri günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsinin təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi.

Aksiyanın əsas məqsədi işğaldan azad olunmuş Ağdamda yaşıllığın bərpasına töhfə vermək və ekoloji mühitin yaxşılaşdırılmasına dəstək olmaq idi.

Tədbir zamanı 65 ədəd eldar şamı ağacı əkildi. Ağacların əkilməsi prosesində məktəb direktorları ilə yanaşı, Ağdam Təhsil Sektorunun müdiri Abbasov Tahir müəllim də fəal iştirak etdi.

Bu fəaliyyət həm ekologiyanın qorunmasına, həm də təhsil ictimaiyyətində təbiətə qarşı məsuliyyətli yanaşmanın formalaşmasına yönəlib.

Ağacların bir hissəsi şəhidlərimizin xatirəsinə əkilib və bu, onların yad edilməsi üçün sadə, amma mənalı bir addım kimi dəyərləndirilir.Allah şəhidlərimizə rəhmət eləsin.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: