“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azadlığa çıxan ad günü

12/05/2026, 12:37
xeber1

Azadlığa qovuşan ad günü


Mayın 8-də ETİHİ Şəki Şəhər Komitəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun baş məsləhətçisi Elxan Abdullayevin 65 illiyinə həsr olunmuş tədbir keçirilib.   


Şəki şəhəri Rasim Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil olunan tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova,Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva, Şəki Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sadiq Yusifov, İdarənin müdir müavini Hafız Pənahov,Şəki rayonu üzrə təhsil sektorunun müdiri Zamik Cəbiyev,Şəki Dövlət Regional Kollecinin direktoru Sərdar Şərifov, digər idarə və müəssisə rəhbərləri, şəhid ailələrinin üzvləri, müəllimlər və şagirdlər iştirak ediblər.


Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Daha sonra tədbir iştirakçıları Elxan Abdullayevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.


Yubiley tədbirində çıxış edən Günay Mahmudova,Sadiq Yusifov,Ziyafət Xasiyeva və Zamik Cəbiyev yubilyarın Şəki təhsilində uzun illər müəllim, məktəb direktoru və təhsil şöbəsinin müdir müavini kimi məsul və şərəfli vəzifələrdə çalışdığını bildiriblər. Qeyd olunub ki, yubilyar fəaliyyəti dövründə təhsilin inkişafına, pedaqoji kollektivlərin formalaşmasına və gənc nəslin vətənpərvər ruhda yetişdirilməsinə mühüm töhfələr verib. Onun zəngin idarəçilik təcrübəsi, yüksək təşkilatçılıq bacarığı və müəllim peşəsinə bağlılığı hər zaman kollektiv arasında böyük hörmət qazandırıb. Çıxışlarının sonunda yubilyara göstərdiyi xidmətlərə görə öz təşəkkürlərini bildirərək ona möhkəm cansağlığı, ailə səadəti və gələcək həyatında yeni uğurlar arzulayıblar.


Daha sonra "Dövlətin təhsil siyasətinin həyata keçirilməsində və təhsil sistemində uzunmüddətli səmərəli fəaliyyətinə görə" Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun 07 may 2026-cı il tarixli müvafiq əmri ilə imzalanmış Təşəkkürnamə Elxan müəllimə təqdim olunub.


Digər çıxış edənlər də Elxan Abdullayevi 65 illiyi münasibətilə təbrik edərək ona uzun ömür, möhkəm can sağlığı və gələcək həyatında uğurlar arzulayıblar.


Tədbirin sonunda şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiya təqdim olunub.


Qeyd edək ki, Elxan Abdullayev 8 may 1961-ci ildə Şəki şəhərində anadan olub. 1977–1982-ci illərdə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində ali təhsil alıb. Əmək fəaliyyətinə 1982-ci ildə Şəki şəhər 10 nömrəli orta məktəbində müəllim kimi başlayıb.


1987-ci ildən Şəki Şəhər Təhsil Şöbəsində məsləhətçi, 2005–2011-ci illərdə Şəki şəhər Rəşid bəy Əfəndiyev adına 10 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.


2011-ci ildən Şəki Şəhər Təhsil Şöbəsi müdirinin müavini, 2021-ci ilin dekabrından isə Şəki Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. 2022-ci ilin may ayından Şəki rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsini icra edib, 2023-cü ilin fevral ayından 8 may 2026-cı il tarixinədək Şəki-Zaqatala Regional Təhsil İdarəsində baş məsləhətçi vəzifəsində çalışıb.


Təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə Elxan Abdullayev 2021-ci ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “Azərbaycan Həmkarlar İttifaqları – 100 il” yubiley medalı ilə təltif olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: