“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azadlığa gedən yol

30/01/2026, 15:23
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi, Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Şəki Rayonu üzrə Təhsil Sektoru və ittifaq üzvləri ilə birgə yanvar faciəsinin 36 -cı ildönümü ilə əlaqədar olaraq şəhidlərimizin əziz xatirəsini anmaq məqsədilə Şəhidlər Xiyabanını ziyarət edərək,Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canından keçən qəhrəman övladlarımızın məzarları önünə tər qərənfillər düzüblər.

Ziyarət zamanı 20 Yanvar şəhidlərinin Azərbaycan tarixində tutduğu əvəzsiz yerdən, onların göstərdiyi mərdlik və fədakarlıqdan bəhs edilib.

Qeyd olunub ki, həmin qanlı gecədə şəhid olan soydaşlarımızın igidliyi xalqımızın azadlıq iradəsinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: