Xəbərlər
“Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinə start verilib

İqtisadiyyat Nazirliyi və Dünya İqtisadi Forumunun (DİF) Bacarıqlar Akseleratoru Şəbəkəsi (Skills Accelerator Network) arasında tərəfdaşlıq çərçivəsində ölkəmizdə bacarıqların yenilənməsinə yönəlmiş “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsinə start verilib. Bununla bağlı İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) təşkilatçılığı ilə “Dəyişən əmək bazarı: insan kapitalı və gələcəyin bacarıqları” mövzusunda tədbir keçirilib.DİF-in Təhsil, Bacarıqlar və Öyrənmə üzrə rəhbəri Neil Alisonun moderatorluğu ilə keçirilən sessiyada çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan və DİF arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu, ölkəmizin Forumun bir sıra təşəbbüslərində fəal iştirak etdiyini vurğulayıb. Təşəbbüsün icrası 4SİM tərəfindən koordinasiya olunacaq. Layihənin Azərbaycan üzrə həmsədrləri iqtisadiyyat naziri Mikayıl Cabbarov, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və “PASHA Holding”in baş icraçı direktoru Cəlal Qasımovdur.



