Xəbərlər
Azərbaycan Bayrağı ordenli şəhid-müəllimin xatirəsinə həsr olunmuş anım tədbiri

İmişli rayon Rizvan Abdullayev adına Cavadxanlı kənd tam orta ümumtəhsil məktəbində
– 5 noyabr tarixində İmişli rayon Rizvan Abdullayev adına Cavadxanlı kənd tam orta ümumtəhsil məktəbində Azərbaycan Bayrağı ordenli şəhid-müəllim Abuzərov Bəhmən Abuzər oğlunun xatirəsinə həsr olunmuş “Suverenlik Azərbaycan, Qalib Prezident, Qalib Şəhid, ” adlı hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirildi.
Tədbirdə Mil-Muğan Regional Təhsil İdarəsinin İmişli sektorunun rəhbərliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının İmişli rayon komitəsinin,İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələri, kənd ziyalıları, şəhid müəllimin şagirdləri, döyüş yoldaşları, məktəb kollektivi və şagirdlər iştirak etdilər.
Tədbir boyu şagirdlər və müəllimlər vətənpərvərlik ruhunda şeirlər, kompozisiyalar səsləndirdilər, şəhid müəllimin öz qələmindən çıxan şeirlər ifa olundu. O misralarda Bəhmən müəllimin qələbəyə olan sarsılmaz inamı, Vətən sevgisi və xalqımıza sonsuz etibarı duyulurdu.
Bəhmən müəllim İmişli rayonunun Cavadxanlı kənd məktəbində müəllim kimi çalışmış, Ulu Öndər Heydər Əliyevin 2 noyabr 1993-cü il tarixli Xalqa Müraciətindən sonra könüllü olaraq cəbhəyə yollanmış, Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Vətən qarşısında göstərdiyi xüsusi xidmətlərə görə o, Ali Baş Komandan Prezident İlham Əliyevin 05 noyabr 2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Bayrağı ordeni ilə təltif edilmişdir.
Bu gün biz Konstitusiya və Suverenlik İli çərçivəsində şəhid-müəllimimizin həyat və qəhrəmanlıq yolunu bir daha xatırladıq, onun timsalında sinifdən səngərə gedən Azərbaycan müəlliminin böyüklüyünü gördük.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Yaşasın Qalib Prezident!
Yaşasın Suveren,i Azərbaycan










