“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Azərbaycan dili və Ədəbiyyat" fənn aylığı çərçivəsindəfəaliyyət planına uyğun olaraq tədbirlər keçirilib

30/10/2026, 11:27
xeber1

"Azərbaycan dili və Ədəbiyyat" fənn aylığı çərçivəsində ETİHİ Yevlax Şəhər Komitəsinin üzv təşkilatlarında fənn müəllimləri tərəfindən açıq dərslər keçirilib, videoçarxlar hazırlanaraq nümayiş etdirilib. Milli-mənəvi dəyərlərimizi, ədəbi irsimizi əks etdirən “Dədə Qorqud” filminə baxış keçirilib, şagirdlər arasında inşa yazı və şeir müsabiqələritəşkil edilib, fənn bülletenləri hazırlanıb, “Dilimiz – kimliyimiz, ədəbiyyatımız – yaddaşımız” mövzusunda yaradıcı iş, bilik yarışları təşkil olunub. Həmçinin Görkəmli Azərbaycan şairi Səməd Vurğun, Şah İsmayıl Xətainin həyat və yaradıcılığına həst edilmiş "Ədəbiyyat gecəsi" keçirilib, şagirdlər tərəfindən onların əsərlərindən epizodik səhnəciklər nümayiş etdirilib.

Azərbaycan Dramaturgiyasının banisi, filosof, ictimai xadim Mirzə Fətəli Axundzadənin ev muzeyi fənn müəllimlərinin rəhbərliyi ilə şagirdlər tərəfindən ziyarət edilib.

Fəaliyyətin əsas məqsədi şagirdlərdə ana dilimizə sevgi və hörmət hissini gücləndirmək, milli-mənəvi dəyərlərimizi, milli ədəbi irsimizi ,yazının rolu və tarixi yaddaşımızı qorumağın əhəmiyyətini aşılamaq, onların bədii təfəkkürünün inkişafına, ədəbiyyata marağının artırılmasına, səhnə mədəniyyətinin formalaşmasına mühüm töhfə verməkdir.

Ana dilimiz milli varlığımızın, ədəbiyyatımız isə mənəvi yaddaşımızın ən qiymətli sərvətidir!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: