Xəbərlər
Azərbaycan dili və ədəbiyyatı müəllimi Mirzəyeva Rima Paşa qızının çalışmanın son yaş həddinə çatması münasibətilə yubiley tədbiri keçirilmişdir.

Bu gün ETİHİ İsmayıllı Rayon Komitəsinin ilk təşkilatı Xanagah kənd ümumi orta ümumtəhsil məktəbində ömrünün 44 ilindən çoxunu təhsilin inkişafına həsr etmiş qabaqcıl Azərbaycan dili və ədəbiyyatı müəllimi Mirzəyeva Rima Paşa qızının çalışmanın son yaş həddinə çatması münasibətilə yubiley tədbiri keçirilmişdir.
Tədbirdə DŞRTİ Rayon Sektorunun müdiri Rəşid Məmmədov, ETİHİ Rayon Komitəsinin sədri Hafiz Kərimov və kollektiv üzvləri iştirak etdilər.
Çıxış edənlər Rima müəllimənin müəllimlik peşəsinin vurğunu olduğunu, işinə çox məsuliyyətlə yanaşdığını,şagirdlərin, kollektivin və valideynlərin böyük hörmətini qazandığını bildirdilər.
Sonda ETİHİ Respublika Komitəsinin kollektiv üzvlərinə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il bayram təbriki çatdırıldı, yubilyar Rayon Komitəsinin fəxri fərmanı və qiymətli hədiyyəsi ilə mükafatlandırıldı.
Mirzəyeva Rima müəllimi yubiley yaşının tamam olması münasibətilə təhsil ictimaiyyəti adından ürəkdən təbrik edirik, möhkəm sağlamlıq və xoş istirahət arzulayırıq.







