Xəbərlər
Azərbaycan Dillər Universitetinin tələbələri üçün ADA Universitetində görüş təşkil edilib

14 noyabr 2025-ci il tarixində Azərbaycan Dillər Universitetinin tələbələri üçün ADA Universitetində görüş təşkil edilib.
Görüşdə ADA Universitetinin magistratura səviyyəsində təşkil etdiyi ixtisaslar, təhsil və təqaüd imkanları, həmçinin yeni qəbul qaydaları ilə bağlı məlumat verilib. Daha sonra isə ADA Universitetin Akademik yazı və İnformasiya savadlılığı fənni üzrə müəllimi Aygün Hüseynli “Akademik yazının əsasları” ilə bağlı mövzuda seminar keçib. Görüşün sonunda Azərbaycan Dillər Universitetinin və ADA Universitetinin məzunu Ləman Hüseynli öz təcrübəsini paylaşıb və tələbələrin sualları cavablandırılıb.
Tədbirdə ADU THİK-in sədri, idarə heyəti və aktiv üzvləri iştirak edib və sonda xatirə şəkli çəkilib.







