“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan İdman Akademiyasının futzal komandası EUSA Oyunlarında 1/4 finala yüksəlib

22/07/2026, 10:05
xeber1

İtaliyanın Salerno şəhərində Avropa Universitetləri İdman Assosiasiyasının (EUSA) təşkilatçılığı ilə keçirilən "European Universities Games – Salerno 2026" çərçivəsində futzal yarışlarında ölkəmizi təmsil edən Azərbaycan İdman Akademiyasının komandası növbəti uğura imza atıb.


Komandamız qrup mərhələsinin həlledici oyununda Norveçin Norwegian University of Science and Technology komandasını 4:2 hesabı ilə məğlub edərək qrupu uğurla başa vurub və turnirin 1/4 final mərhələsinə vəsiqə qazanıb.


Azərbaycan İdman Akademiyasının futzal komandası növbəti mərhələdə yarımfinal uğrunda mübarizə aparacaq.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev Avropa Universitet Oyunlarının keçirildiyi Salerno şəhərində Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edir.


Qeyd edək ki, Azərbaycan təmsilçisinin "European Universities Games – Salerno 2026" oyunlarında iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası (ATFF) İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA), Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) və Azərbaycan İdman Akademiyasının dəstəyi ilə baş tutub.


Növbəti mərhələdə komandamızın rəqibi Portuqaliya klubu olacaq. Komandamıza uğurlar və yeni qələbələr arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: