Xəbərlər
Azərbaycan İdman Akademiyasının futzal komandası növbəti qələbəsini qazanıb

Avropa Universitet İdman Assosiasiyasının (#EUSA) təşkil etdiyi “European Universities Games – Salerno 2026” çərçivəsində ölkəmizi təmsil edən Azərbaycan İdman Akademiyasının futzal komandası növbəti oyununu uğurla başa vurub.
Komandamız Macarıstanın Eszterhazy Karoly Catholic University komandası ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin üstünlüyü şəraitində keçib. Futzalçılarımız rəqib üzərində 12:0 hesablı inamlı qələbə qazanaraq turnirdə uğurlu çıxışını davam etdirib.
Azərbaycan İdman Akademiyasının komandası nümayiş etdirdiyi əzmkar oyun və yüksək nəticə ilə ölkəmizin universitet idmanının beynəlxalq arenadakı uğurlarına növbəti töhfəsini verib.
Qeyd edək ki, “European Universities Games – Salerno 2026” Avropanın ali təhsil müəssisələrinin tələbə-idmançılarını bir araya gətirən nüfuzlu beynəlxalq idman yarışlarından biridir.



