“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) təşkil olunan “Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalında Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində fəaliyyət göstərən “Paradox” Teatr Klubu iştirak edib.

07/05/2026, 14:38
xeber1

Klub üzvləri festival çərçivəsində Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə həsr edilən “Yarım qalan arzular” tamaşasını təqdim ediblər. Tamaşanın rejissoru AzTU-nun tələbəsi Xəyal Abdullayev olub.


Festivalda çıxış edən iştirakçılar universitetimizin fəal tələbələri olub və AzTU-nu təmsil ediblər.


“Pillə 4” Respublika Tələbə Tamaşaları Festivalı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə keçirilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: