Xəbərlər
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) Kitab Klubunun aktiv tələbələri XI Bakı Beynəlxalq Kitab Sərgisi üçün Ekspo Mərkəzinə səfər ediblər.
15/04/2026, 02:29

Oktyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) Kitab Klubunun aktiv tələbələri XI Bakı Beynəlxalq Kitab Sərgisi üçün Ekspo Mərkəzinə səfər ediblər.
✅Sərgi çərçivəsində onlar müxtəlif nəşriyyatların stendləri ilə tanış olub, yeni nəşrləri əldə edib, təşkil olunan tamaşaları izləyib və sevilən yazıçılarla görüşmək imkanı qazanıblar. Bu səfər tələbələrin həm ədəbi zövqünün, həm də mədəni dünyagörüşünün inkişafına mühüm töhfə verib. 🌿




