Xəbərlər
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Geoloji Kəşfiyyat Fakültəsi (GKF) və Neft-mexanika Fakültəsinin (NMF) birinci kurs tələbələri ilə görüş keçirilib.

16.10.2025 tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Geoloji Kəşfiyyat Fakültəsi (GKF) və Neft-mexanika Fakültəsinin (NMF) birinci kurs tələbələri ilə görüş keçirilib.
Geoloji Kəşfiyyat Fakültəsinin dekanı Nemət Paşayev tələbələri universitetə qəbul olmaları münasibəti ilə təbrik edib və onları fakültə haqqında geniş məlumatlandırıb.Daha sonra mineralogiya muzeyi haqqında video-çarx nümayiş olunub.Həmçinin Neft-Mexanika Fakültəsinin dekanı Əli Hikmət Əhmədov da tələbələri təbrik edib.O, tələbələrin vəzifələrindən və təhsil fəaliyyəti haqqında danışıb.
Daha sonra ADNSU Tələbə Həmkarlar İttifqı Komitəsinin (THİK) sədri Namiq Gəncəyev çıxış edərək, təşkilatın tələbələr üçün təşkil etdiyi fəaliyyətlər və sosial layihələr haqqında məlumat verib.
Sonda müəllimlər tələbələrin suallarına cavablandırıblar.
Qeyd etmək lazımdır ki,Geoloji Kəşfiyyat Fakültəsi (GKF) və Neft-mexanika Fakültəsinin (NMF) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədrləri və idarə heyəti bu görüşün uğurla başa çatması üçün müvəffəqiyyətlə iştirak etmişdir.












