“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Neftçilər Gününə özəl kino günü keçirildi.

15/04/2026, 02:23
xeber1

20 sentyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Neftçilər Gününə özəl kino günü keçirildi.


ADNSU THİK-in təşkilatçılığı, İTİF THİK və QNMF THİK-in təşəbbüsü ilə tələbələr üçün dünya neft sənayesinin ən sarsıdıcı hadisələrindən birini əks etdirən “Deepwater Horizon” filmi nümayiş olundu.


Film Meksika körfəzində baş vermiş faciəvi neft platforması partlayışından bəhs edir. Bu hadisə sadəcə texnoloji qəza deyildi – o, insan həyatının, zəhmətin və məsuliyyətin necə böyük önəm daşıdığını bütün dünyaya göstərdi. Tələbələr filmi izləməklə neftçilərin işindəki təhlükələri, fədakarlıqları və peşəkarlıqlarını daha dərindən hiss etdilər.


Kino gününün məqsədi yalnız bir film nümayişi deyildi – tələbələrə neft-qaz sənayesinin reallıqlarını xatırlatmaq, eyni zamanda bütün Azərbaycan neftçilərinin zəhmətinə olan hörməti bir daha vurğulamaq idi.

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: