Xəbərlər
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi 12 komanda ilə “II Tələbələrarası Azərbaycan Kuboku”-da iştirak edib.

18.04.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı, Xəzər İntellektual Gənclər Klubunun tərəfdaşlığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “II Tələbələrarası Azərbaycan Kuboku” adlı bilik yarışı keçirilib. Yarış Universitet Liqası çərçivəsində Consensus Tədris Mərkəzinin və APAR-ın tərəfdaşlığı ilə baş tutub.
Liqanın ilk turunda təmsil olunan 20 komanda arasından 12 komanda THİK təmsilçisi olub.
Bütün iştirakçılara uğurlar arzulayır və irəlidə 3 tur olacağını xatırladaraq sizləri də Gənc İntellektlər klubunun bir parçası olmağa dəvət edirik.











