“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (ADPU THİK) fakültə və klub sədrləri ilə kiçik tərkibli iclas keçirmişdir.

20/05/2026, 13:08
xeber1

01.05.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (ADPU THİK) fakültə və klub sədrləri ilə kiçik tərkibli iclas keçirmişdir.


İclas ADPU THİK-in sədri Cəmilə Qurbanovanın giriş sözü ilə açılmışdır. O, iclasın məqsədi, qarşıdakı dövrdə tələbə təşkilatları arasında koordinasiyanın gücləndirilməsi, eləcə də planlaşdırılan layihələrin daha səmərəli həyata keçirilməsi barədə ətraflı məlumat vermişdir.

Daha sonra fakültə və klub sədrlərinin çıxışları dinlənilmiş, onların fəaliyyət istiqamətləri, qarşılaşdıqları çətinliklər və təklifləri müzakirə olunmuşdur. Sədrlər tərəfindən tələbələrin təşkilati işlərə daha aktiv cəlb olunması, tədbirlərin keyfiyyətinin artırılması və kommunikasiya prosesinin gücləndirilməsi ilə bağlı fikirlər səsləndirilmişdir.

İclas zamanı növbəti ay ərzində həyata keçirilməsi planlaşdırılan layihələr, tədbirlər və görüşlər haqqında geniş təqdimat edilmişdir. Xüsusilə tələbələrin sosial, mədəni və intellektual inkişafına yönəlmiş təşəbbüslərdə fakültə tələbələrinin daha fəal iştirakının təmin olunmasının vacibliyi vurğulanmışdır. Bununla yanaşı, tədbirlərin təşkili prosesində fakültə və klub sədrlərinin üzərinə düşən məsuliyyətlər diqqətə çatdırılmışdır.

Sonda qarşılıqlı fikir mübadiləsi aparılmış, gələcək əməkdaşlığın daha da gücləndirilməsi barədə razılıq əldə olunmuşdur. İclas yekun olaraq xatirə şəkli çəkilməsi ilə başa çatmışdır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: