“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) aylıq hesabat iclası keçirilib.

17/11/2026, 12:22
xeber1

14 noyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) aylıq hesabat iclası keçirilib.

İclas ADPU THİK-in sədri Cəmilə Qurbanovanın açılış nitqi ilə başlayıb. Görüş zamanı ötən ay ərzində həyata keçirilən fəaliyyətlər, təşkil olunan tədbirlər və əldə edilən nəticələr müzakirə olunub.

İclas çərçivəsində fakültə və klub nümayəndələrinin hesabatları dinlənilib, qarşıdakı dövr üçün nəzərdə tutulan tədbir və layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Sonda növbəti ayın əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilib və müvafiq tapşırıqlar verilib. Həmçinin, 5 noyabr tarixində keçirilən “Şanlı Zəfərin İzində” adlı tədbirin iştirakçılarına sertifikatlar təqdim olunub. İclas gələcək fəaliyyət planlarının müzakirəsi ilə yekunlaşıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: