Xəbərlər
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) təşkilatçılığı ilə 15.04.2026 tarixində bədii yaradıcılıq tədbiri uğurla həyata keçirilmişdir.

Tədbirdə iştirakçılar xor,vokal,qiraət və rəqs olmaqla 4 növ yaradıcılıq çıxışı sərgiləmişdirlər. İştirakçıların çıxışları böyük maraqla qarşılanmış, onların yaradıcılıq bacarıqları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilmişdir.
Münsiflər heyətində Azərbaycanın və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova, Xalq artisti Samir Cəfərov, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Xalq artisti Təranə Muradova, Əməkdar artist Rəşad Həşımov və Heydər Əliyev sarayında keçiriləcək tədbirin baş rejissoru Hafiz Hacıyev yer almışdır.
Tədbir tələbələrin bədii-estetik zövqünün inkişafı və yaradıcılıq potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.














