Xəbərlər
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin növbəti infosessiyası ADPU-nun ŞƏKİ filialında keçirilib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin I kurs tələbələri ilə keçirdiyi növbəti infosessiya ADPU-nun Şəki filialında baş tutub.
Tədbirdə ilk olaraq Şəki filialının direktoru Vurğun Məmmədov çıxış edərək tələbələri salamlayıb, onlara yeni tədris ilində uğurlar arzulayıb. Daha sonra çıxış üçün söz ADPU THİK-in sədri Cəmilə Qurbanovaya verilib.
Cəmilə Qurbanova tələbələrə Komitənin fəaliyyəti, strukturu, tələbələrin hüquq və vəzifələri, eləcə də THİK-in təqdim etdiyi imkanlar və dəstək mexanizmləri barədə ətraflı məlumat verib.
İnfosessiya çərçivəsində ADPU THİK tərəfindən qəbul imtahanlarında 550-dən yuxarı bal toplamış ilk 10 tələbəyə müxtəlif hədiyyələr və promo məhsullar təqdim olunub. Təşəbbüs yüksək nəticə göstərən tələbələrin uğurlarının qiymətləndirilməsi və onların universitet həyatına motivasiyasının artırılması məqsədi daşıyıb.
Görüş zamanı tələbələri maraqlandıran məsələlərə toxunulub, onların sualları cavablandırılıb. İnfosessiyanın əsas məqsədi tələbələrin universitet həyatına uyğunlaşmasına dəstək olmaq, onları mövcud imkanlar barədə məlumatlandırmaq və tələbə təşkilatı ilə əlaqələrini gücləndirmək olub.













