“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə İftar süfrəsi keçirilib.

16/03/2026, 14:04
xeber1

13.03.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə iftar süfrəsi təşkil olunub. 🌙


İftar süfrəsində universitetin rektoru Cəfər Cəfərov, Sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə iştirak ediblər. 

Universitetin rektoru Cəfər Cəfərov çıxış edərək Ramazan ayının insanları xeyirxahlığa, paylaşmağa və mənəvi saflaşmaya səslədiyini vurğulayıb, bu mübarək ay münasibətilə hər kəsə xoş arzularını çatdırıb. 

Sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev çıxışında universitetdə belə mənəvi və sosial məzmunlu tədbirlərin keçirilməsinin tələbələrin təkcə akademik deyil, həm də mənəvi inkişafına töhfə verdiyini vurğulayıb.

Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə nitqində Ramazan ayı münasibəti ilə təbrik edib və təhsil həyatlarımında mütləq uğur arzu edərək təşkilatçılıq üçün ADPU THiK ailəsinə təşəkkürünü bildirib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: