“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Gənc Yazarlar Klubunun təşkilatçılığı ilə yazıçı və şair Naibə Yusiflə tələbələrin görüşü keçirilib.

17/11/2026, 12:35
xeber1

Noyabrın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Gənc Yazarlar Klubunun təşkilatçılığı ilə yazıçı və şair Naibə Yusiflə tələbələrin görüşü keçirilib.

Görüşdə Naibə Yusif yaradıcılığından və əsərlərinin yaranma tarixçəsindən bəhs edib, tələbələrin suallarını cavablandırıb. Tədbirdə iştirak edən şair Tahirə İsaqızı da öz şeirlərini səsləndirib. Tələbələrin fəal iştirakı ilə görüş maraqlı ədəbi söhbət və fikir mübadiləsi şəraitində davam edib.

Görüş xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: