“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetində görkəmli alim, professor Şövqi Süleyman oğlu Ağayevin 100 illik yubileyinə həsr olunmuş “Öyrətməyə və duymağa həsr edilmiş ömür” adlı tədbir keçirildi.

28/10/2026, 14:32
xeber1

Universitetdə Azərbaycan elminin və ali təhsilinin inkişafında özünəməxsus iz qoymuş görkəmli alim, psixologiya elmləri doktoru, professor Şövqi Süleyman oğlu Ağayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Öyrətməyə və duymağa həsr edilmiş ömür” adlı tədbir keçirilib.

     Professor Şövqi Süleyman oğlu Ağayev 1965–1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifəsində çalışaraq ali təhsil müəssisəsinin idarə olunmasına və inkişafına öz töhfəsini vermişdir. Onun elmi-pedaqoji fəaliyyəti, psixologiya elminin inkişafı istiqamətindəki xidmətləri və rəhbərlik təcrübəsi Azərbaycan təhsil tarixində xüsusi əhəmiyyət kəsb edir. 

     Tədbirdə professor Şövqi Ağayevin zəngin elmi-pedaqoji irsi, çoxşaxəli fəaliyyəti, psixologiya elminin inkişafına verdiyi töhfələr və ali təhsil sahəsindəki xidmətləri dərin ehtiramla yad edilib. Vurğulanıb ki, ömrünü elmə, təhsilə və gənc nəslin yetişdirilməsinə həsr etmiş görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətinin öyrənilməsi, onların elmi irsinin qorunması və gələcək nəsillərə çatdırılması mühüm mənəvi və ictimai əhəmiyyət daşıyır.

    Yubiley tədbirində Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri də iştirak ediblər. Belə əlamətdar tədbirlər milli elmi dəyərlərimizə ehtiramın ifadəsi, görkəmli alimlərin xidmətlərinin layiqincə qiymətləndirilməsi və onların zəngin irsinin yaşadılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

    Professor Şövqi Süleyman oğlu Ağayevin Azərbaycan elminə və təhsilinə verdiyi töhfələr, zəngin elmi irsi və nəcib fəaliyyəti daim ehtiramla xatırlanacaq, onun adı elm və təhsil tariximizdə layiqli yerini qoruyub saxlayacaqdır.


Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: