“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetində “Məzun Günü” keçirilib

30/06/2026, 15:10
xeber1

İyunun 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məzun Günü” keçirilib. Mərasimdə universitet rəhbərliyi, struktur rəhbərləri, məzunlar və onların ailə üzvləri iştirak ediblər.


Rəsmi hissədə giriş sözü ilə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov məzunları təbrik edərək vurğulayıb ki, dövrümüzdə müəllim yalnız bilik ötürən deyil, öyrənən, yenilənən, texnologiyalarla ayaqlaşan şəxsdir. Bu yolun əsas dayaqları kimi milli dəyərlərə sadiqlik, peşə səriştəsi, daim yenilənən bilik və bacarıqlar, rəqəmsal və dil kompetensiyaları ön plana çıxır. Rektor qeyd edib ki, Pedaqoji Universitet müasir təhsilin tələblərini nəzərə alaraq bu yöndə davamlı işlər aparır, mövcud ixtisaslaşmaların təkmilləşdirilməsini həyata keçirir. Bilidirilib ki, ADPU beynəlxalq ali təhsil məkanında mövqeyini daha da möhkəmləndirir. Dünyanın nüfuzlu universitet reytinqlərində yer almağımız, beynəlxalq əməkdaşlıq şəbəkəmizin genişlənməsi və elmi fəaliyyət sahəsində əldə olunan nailiyyətlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin inkişafının göstəricisidir. C.Cəfərov bildirib ki, bu il ADPU və onun filalları üzrə 3300-dən çox bakalavr, 450-dək magistrant, Pedaqoji Kollec üzrə 1000-dən çox subbakalvr daxil olmaqla ümumilikdə 5000-ə yaxın təhsilalanın məzun olması gözlənilir. 


Çıxış edən Azərbaycan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə məzunları təbrik edərək bildirib ki, universitet illəri gənclərin peşəkar biliklərlə yanaşı, düşünmək, araşdırmaq, məsuliyyət daşımaq, komanda ilə işləmək və çətinlikləri dəf etmək bacarıqlarını formalaşdıran mühüm həyat məktəbidir. O qeyd edib ki, məzunlar bu gün təhsil aldıqları universiteti mütəxəssis kimi başa vurur, eyni zamanda həyata daha hazırlıqlı, daha yetkin və daha inamlı gənclər kimi qədəm qoyurlar.


M.Cəfərzadə professor-müəllim heyətinin gənclərin peşəkar və şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığını, valideynlərin göstərdiyi dəstəyin isə bu uğurun ayrılmaz hissəsi olduğunu vurğulayıb.


Sədr müavini çıxışında müasir əmək bazarında texniki biliklərlə yanaşı, analitik düşüncə, liderlik, çeviklik, yaradıcılıq, ünsiyyət və komanda ilə işləmək kimi sosial bacarıqların xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O bildirib ki, sürətlə dəyişən dünyada gənclərin ən böyük üstünlüyü qazandıqları biliklər, mənəvi dəyərlər, dürüstlük və insanlarla sağlam münasibətlər qurmaq bacarığıdır.


Çıxışının sonunda Mirzə Cəfərzadə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adından məzunları bir daha təbrik edərək onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar və xoşbəxt gələcək arzulayıb.


Sonra universitetdə təhsil aldığı müddət ərzində yüksək akademik göstəriciləri və ictimai fəaliyyəti ilə fərqlənən bir qrup məzun Fəxri Fərmanla təltif olunub.


Bədii hissədə gənclərin sevimlisi olan müğənnillər – Mərdan Kazımov, Elçin Cəfərov və “Ayna Band” qrupunun ifaları “Məzun Günü”nə xüsusi rəng qatıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: