Xəbərlər
Azərbaycan Dövlət Pedaqoji Universitetində yubilyar müəllimlər təltif olunub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Kəmalə Rüstəm qızı Quliyevanın və pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Gülarə Məhəmməd qızı Qocayevanın 75 illik yubileyləri münasibətilə tədbir keçirilib.
Tədbirdə yubilyarların uzunillik pedaqoji və elmi fəaliyyəti, təhsil sahəsinin inkişafına verdikləri töhfələr, gənc nəslin təlim-tərbiyəsində və elmi dünyagörüşünün formalaşmasında göstərdikləri xidmətlər yüksək qiymətləndirilib.
Yubiley tədbirində Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri də iştirak ediblər. Komitə tərəfindən yubilyarların universitetin elmi-pedaqoji həyatında uzun illər ərzində göstərdikləri səmərəli fəaliyyətə verilən dəyərin ifadəsi olaraq onlara Fəxri fərman, gül dəstəsi və pul mükafatı təqdim olunub.
Tədbirdə müəllimlərin zəngin peşə təcrübəsi, yüksək məsuliyyəti və təhsil sahəsinə sədaqətlə xidmətləri xüsusi vurğulanıb, onlara xoş arzular çatdırılıb.
Həmkarlar İttifaqı Komitəsi adından Gülarə Qocayevanı və Kəmalə Quliyevanı əlamətdar yubileyləri münasibətilə təbrik edir, hər ikisinə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!






