“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 105 illik yubileyinə həsr olunmuş “Yubiley 105” idman turniri çərçivəsində voleybol (oğlanlar) üzrə yarışlar keçirilmişdir.

20/05/2026, 13:06
xeber1

30 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin 105 illik yubileyinə həsr olunmuş “Yubiley 105” idman turniri çərçivəsində, Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən idman klubunun təşkilatçılığı ilə voleybol (oğlanlar) üzrə yarışlar keçirilmişdir.

Turnirdə universitetin müxtəlif fakültələrini təmsil edən komandalar iştirak edərək yüksək oyun səviyyəsi, güclü komanda birliyi və böyük rəqabət ruhu nümayiş etdirmişlər. Qeyd edək ki, yarış yalnız oğlan tələbələr üçün nəzərdə tutulmuşdur. Maraqlı və gərgin mübarizə şəraitində keçən oyunlar həm iştirakçılar, həm də tamaşaçılar üçün yaddaqalan anlarla zəngin olmuşdur.

Yekun nəticələrə əsasən:

🥇 1-ci yer – Riyaziyyat fakültəsi

🥈 2-ci yer – İncəsənət və fiziki tərbiyə fakültəsi

🥉 3-cü yer – Tarix-coğrafiya fakültəsi

Turnirin sonunda qalib komandalar kubok və mükafatlarla təltif olunmuş, xatirə şəkilləri çəkilmişdir. Yarışda iştirak edən bütün tələbələrə təşəkkür edir, onlara gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq!

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: