“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “Rəsm” klubunun təşkilatçılığı ilə rəsm masterklası keçirilmişdir.

17/11/2026, 12:29
xeber1

14.11.2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən “Rəsm” klubunun təşkilatçılığı ilə rəsm masterklası keçirilmişdir.

Masterklas İbtidai təhsil fakültəsinin II kurs tələbəsi, “Rəsm” klubunun sədri Rəcəblı Mahirə tərəfindən həyata keçirilmişdir.

Masterklas zamanı iştirakçılar müxtəlif rəsmlər çəkmiş, fərqli rəsm texnikaları ilə tanış olmuş və öz yaradıcılıq bacarıqlarını nümayiş etdirmək imkanı əldə etmişlər. Tədbir iştirakçılar arasında maraqlı, səmimi və yaradıcı mühitin formalaşmasına şərait yaratmışdır.

Sonda iştirakçılarla xatirə şəkilləri çəkdirilmişdir.

🎨hər rəsm fərqli duyğu, hər rəng fərqli hekayədir!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: