“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı, “Türk Dünyası İqtisad” və “Biznes və Menecment” fakültələrinin birgə təşkilatçılığı ilə “Yetenek Sizsiniz UNEC” tədbiri tələbələrin böyük marağı ilə baş tutdu.

20/05/2026, 21:25
xeber1

Tədbirin açılışında “Türk Dünyası İqtisad” fakültəsinin sədri Kamran Nəbizadə və “Biznes və Menecment” fakültəsinin sədri Aqşin Quluzadə çıxış edərək layihənin məqsədi, tələbələr arasında yaratdığı maraq haqqında məlumat verdilər. 


Yarışma boyunca iştirakçılar səhnədə öz istedadlarını nümayiş etdirdilər və maraqlı çıxışları ilə tamaşaçıların alqışını qazandılar. 


Yarışmanın sonunda qalib tələbələr tədbirin Baş sponsoru Fz Acadeymy və təşkilatçılar tərəfindən hədiyyələrlə təltif olundu, digər iştirakçılara isə təşəkkürnamələr təqdim edildi. 🏆 🎁


Günün sonunda isə münsif heyətinin üzvləri — Nərgiz Məcidli, Nazpəri Cəfər və Nadir Əzimli musiqi ifaları ilə tədbirə xüsusi rəng qatdılar. 🕺

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: