“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyeva və kollecin əməkdaşları Neftçala rayonuna səfər ediblər.

08/11/2026, 13:30
xeber1

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyeva və kollecin əməkdaşları Neftçala rayonuna səfər ediblər.

Səfər çərçivəsində ilk olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub. Daha sonra kollecin şəhid məzunu Məhəmməd Kərimli Məzahim oğlunun ailəsi ziyarət edilib. Şəhidin ailəsi ilə səmimi söhbət aparılıb, onun həyat və döyüş yolu, Vətən uğrunda göstərdiyi qəhrəmanlıq yad edilib.

Səfərin davamında ailə üzvləri ilə birlikdə Məhəmməd Kərimlinin məzarı ziyarət olunub, ruhuna dualar oxunaraq əziz xatirəsi dərin ehtiram və minnətdarlıq hissi ilə yad edilib.

Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimiz xalqımızın qürur mənbəyi, gələcək nəsillər üçün əsl qəhrəmanlıq nümunəsidir. Onların xatirəsini yaşatmaq, ailələrinə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad, məkanları cənnət olsun!

#UNEC #QSK #ŞəhidlərUnudulmur

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: