Xəbərlər
Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən İqtisadçı İntellektual Oyunlar Klubu GİNius Tələbə-Gənclər Kuboku 2025” çərçivəsində “Fibonacci” intellektual-əyləncəli oyunun respublika final mərhələsində I yeri tutub.

Noyabrın 5-də “GİNius Tələbə-Gənclər Kuboku 2025” çərçivəsində “Fibonacci” intellektual-
əyləncəli oyunun respublika final mərhələsi baş tutub. Yarış Gənclər və İdman Nazirliyinin
təşkilatçılığı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Fibonacci” MMC-nin
tərəfdaşlığı ilə Azərbaycan İdman Akademiyasında təşkil olunub. Açılış mərasimində gənclər və
idman nazirinin müavini İndira Hacıyeva və ATGTİ-nin sədri Rəşad Zeynalov çıxış ediblər.
Final mərhələsində ölkənin müxtəlif şəhər və regionlarını təmsil edən 33 komanda qalibiyyət
uğrunda mübarizə aparıb. Yekun nəticələrə əsasən, birinci yerə Azərbaycan Dövlət İqtisad
Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən İqtisadçı
İntellektual Oyunlar Klubunun “Qəzəlxan” komandası, ikinci yerə Xəzər Universitetinin
“Pentamento” komandası, üçüncü yerə isə Azərbaycan Tibb Universitetinin “Old School”
komandası layiq görülüblər.
Cari ilin 16 oktyabr tarixindən etibarən keçirilən layihə çərçivəsində ümumilikdə 10 yarımfinal
oyunu təşkil olunub. Yarımfinal mərhələləri Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran,
Quba, Tərtər və Naxçıvan şəhər və rayonlarını əhatə edib. Layihə boyunca 86 ali və orta ixtisas
təhsili müəssisəsini təmsil edən 164 komanda (820 tələbə) iştirak edib.
Qalibləri təbrik edir,növbəti fəaliyyətlərində uğurlar arzu edirik.














