Xəbərlər
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsinin şəhid məzunu Qarayev Məhəmmədin anım günü qeyd edilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsinin şəhid məzunu Qarayev Məhəmmədin anım günü qeyd edilib.
Şəhidimizin anım günü münasibətilə UNEC Tələbə Həmkarlar İttifaqı komitəsinin sədr müavini Günay Ağazadə və fəal THİK üzvləri Qəbələ rayonunda şəhidin evini və məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüb və əziz xatirəsini dərin ehtiramla yad ediblər.
12 may 2023-cü ildə saat 18:00 radələrində erməni hərbi birləşmələrinin Basarkeçər rayonunun Zod kəndi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun üzbəüz mövqelərini D-30 topları və minaatanlardan atəşə tutmuşdur. Sərhəddə erməni hərbi birləşmələri tərəfindən törədilən təxribat nəticəsində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət qulluqçusu Məhəmməd Qarayev Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Məhəmməd Qarayevin nəşi evinə gətirilərək 13 may 2023-cü ildə doğulduğu Qəbələ şəhərində dəfn olunmuşdur.
O, hərbi xidmətinin bitməsinə 49 gün qalmış şəhidlik zirvəsinə ucalıb.
Ruhunuz şad olsun!












