“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin və fakültə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə tələbələr arasında şahmat turniri keçirilib.

26/10/2026, 12:14
xeber1

Turnirin əsas məqsədi tələbələrin intellektual potensialının üzə çıxarılması, məntiqi təfəkkür və strateji düşünmə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də tələbələr arasında sağlam rəqabət və dostluq münasibətlərinin təşviq olunması olub.

Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirin nəticələrinə əsasən, “Maliyyə” ixtisası üzrə təhsilin II ili, 680 saylı qrup tələbəsi Fuad Əliyev I yerə, “Mühasibat” ixtisası üzrə təhsilin II ili, 428 saylı qrup tələbəsi Rüstəm Tahirov II yerə, “Maliyyə” ixtisası üzrə təhsilin I ili, 632 saylı qrup tələbəsi Kənan Muxtarov isə III yerə layiq görülüb.

Tədbirin sonunda qaliblər diplom və medallarla təltif olunublar.

Turnir tələbələrin asudə vaxtlarının səmərəli təşkili, intellektual bacarıqlarının inkişafı və fakültədə tələbə həyatının daha da canlandırılması baxımından əhəmiyyət daşıyıb.

Maliyyə və mühasibat fakültəsi tələbələrin hərtərəfli inkişafına, onların intellektual potensialının artırılmasına və universitet həyatında fəal iştirakının təşviqinə yönələn təşəbbüsləri dəstəkləməyə davam edir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: