“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan elminin görkəmli nümayəndələrindən, fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Qaçay oğlu Əsgərovun 85 illik yubileyidir.

16/06/2026, 09:52
xeber1

Şahlar Qaçay oğlu Əsgərov 15 iyun 1941-ci ildə Kəlbəcər rayonunda anadan olmuş və orta təhsilini burada almışdır. 1963–cü ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirmiş və təyinatla Universitetdə saxlanılmışdır. 1964 – 1967-ci illərdə ADU–nun əyani aspirantı olaraq Leninqrad Sabit Cərəyan institutunda prof. L.A. Senanın rəhbərliyi altında Fiziki elektronika sahəsində tədqiqatlar aparıb. Bu istiqamətdə aldığı elmi nəticələr 40 ildir ki, müntəzəm olaraq böyük elmi-texniki layihələrin həllində (ion mühərriklərində və termonüvə reaktorlarında) geniş tətbiq olunduğundan mütəxəssislərə yaxşı məlumdur. Şahlar müəllim ömrünün böyük bir hissəsini elmə, təhsilə və gənc nəslin maariflənməsinə həsr etmiş, zəngin fəaliyyəti ilə cəmiyyətimizin inkişafına dəyərli töhfələr vermişdir. Onun çoxillik səmərəli fəaliyyəti, yüksək ziyalılığı və vətəndaş mövqeyi hər zaman böyük hörmət və rəğbətlə qarşılanmışdır. 


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsi olaraq Şahlar müəllimi 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür arzulayırıq. Dəyərli ömür yolunuz, zəngin təcrübəniz və Vətənə xidmət nümunəniz daim gənc nəsillər üçün örnəkdir.

Sosial şəbəkələrdə paylaş: