“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” qeyd olunub

27/06/2026, 14:55
xeber1

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında “Məzun günü” keçirilib.


Tədbirdə bakalavriat və magistratura səviyyələri üzrə təhsillərini başa vuran məzunlar, AHİK-in və üzv təşkilatların rəhbər şəxsləri, Akademiyanın professor-müəllim heyəti, valideynlər və qonaqlar iştirak ediblər.


Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndər Heydər Əliyevin, həmçinin Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Tədbirdə çıxış edən AHİK sədrinin müavini Musa Mirzəyev məzunları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası müasir əmək bazarının tələblərinə uyğun, rəqabətqabiliyyətli və sosial məsuliyyətli mütəxəssislərin hazırlanmasında mühüm rol oynayır. Məzunlara təhsil müddətində əldə etdikləri bilik və bacarıqlardan səmərəli istifadə etmələri, ölkənin inkişafına töhfə vermələri və daim öz üzərlərində çalışmaları tövsiyə olunub.


Akademiyanın rektoru vəzifəsini icra edən Fərid Babayev və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxış edərək ali təhsil müəssisəsinin son illərdə əldə etdiyi nailiyyətlərdən, beynəlxalq əlaqələrinin genişlənməsindən, tədrisin keyfiyyətinin yüksəldilməsi və innovativ yanaşmaların tətbiqi istiqamətində görülən işlərdən bəhs ediblər.


Çıxışlarda cəmiyyətin tərəqqisində təhsilin rolu xüsusi vurğulanıb, məzunlara ölkəmizin sosial-iqtisadi inkişafında fəal iştirak etmələri tövsiyə olunub.


Sonda təhsildə və Akademiyanın ictimai həyatında fərqlənən məzunlara təşəkkürnamələr təqdim olunub.


Tədbir bədii hissə ilə davam edib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: