“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə "Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu" keçirilib.

15/02/2025, 15:50
xeber1

Fevralın 15-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (@agma.edu.az) təşkilatçılığı ilə "Gənc Müəllimlərin IV Şəbəkələşmə Forumu" keçirilib. Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə iştirak edib.

Forumun əsas məqsədi gənc müəllimlərin təcrübə mübadiləsi, peşəkar inkişafı və şəbəkələşmə imkanlarının müzakirəsi olub. Tədbirə müxtəlif təhsil müəssisələrindən olan müəllimlər, təhsil ekspertləri və digər maraqlı tərəflər qatılıb. Forumda ümumilikdə, 600-dən çox müəllim iştirak edib.

Forum çərçivəsində "Süni intellektin təhsildə tətbiqi", "Rəqəmsal resurslar və süni intellekt", "Effektiv təhsil platformalarının inkişafı" kimi mövzularda panel müzakirələri aparılıb. Tədbirin sonunda, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının fəal üzvləri təltif olunub.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: