“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan Gəncləri Günü münasibətilə universitetin ictimai həyatında fəal iştirak edən aktiv idarə heyəti üzvlərinin təltif olunma mərasimi keçirilib

02/02/2026, 19:36
xeber1

Bakı Dövlət Universiteti (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə universitetin ictimai həyatında fəal iştirak edən aktiv idarə heyəti üzvlərinin təltif olunma mərasimi keçirilib.


Tədbirdə Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı komitəsi sədri Zöhrab Cavadzadə Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, sosial və mədəni həyatında oynadığı mühüm roldan bəhs edib. O, tələbə gənclərin həmrəyliyinin, təşəbbüskarlığının və fəallığının universitet mühitində mühüm əhəmiyyət daşıdığını vurğulayıb. 


Daha sonra Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov gənclər siyasətinin dövlət səviyyəsində prioritet istiqamətlərdən biri olduğunu bildirib. O, Bakı Dövlət Universitetində tələbə gənclərin intellektual, sosial və ictimai inkişafı üçün yaradılan imkanlardan danışaraq, bu istiqamətdə aktiv fəaliyyət göstərən tələbələrin hər zaman dəstəkləndiyini qeyd edib.


Sonda universitetin ictimai həyatında, sosial layihələrdə və tələbə təşəbbüslərində fərqlənən BDU THİK-in aktiv idarə heyəti üzvləri mükafatlandırılıb. 

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: