Xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşəbbüsü ilə Elm və Təhsil İşşiləri Həmkarlar İttifaqı Yevlax Şəhər Komitəsi tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə keçirilən tədbirlər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşəbbüsü ilə Elm və Təhsil İşşiləri Həmkarlar İttifaqı Yevlax Şəhər Komitəsi tərəfindən 5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə və təhsildə səmərəli peqaqoji fəaliyyətlərinə görə bir qisim müəllimlər pul mükafatı , gül dəstəsi və Fəxri fərmanla mükafatlandırılıblar.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları müəllimləri və onların çalışdıqları məktəblərin kollektivlərini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adından təbrik edib, onlara xoş arzularını çatdırıblar.
Göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə xüsusi təşəkkür edirik.
















