Xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi, ETİHİRK, AHİK İdman Assosiasiyası və Gənclik Könüllü Tələbə İdman Cəmiyyətinin birgə təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında “Zəfər” adlı şahmat turniri keçirilib.

Tədbirin məqsədi tələbə idmanını gücləndirmək, ali məktəblər arasında əməkdaşlığı və komanda bacarıqlarını artırmaq, həmçinin Zəfər Gününə həsrən milli qürur və vətənpərvərlik ruhunu möhkəmləndirmək olub.
Bakı İdman Sarayında baş tutan turnirdə 14 ali təhsil müəssisəsindən 28 komanda iştirak edib. Rapid şahmat qaydalarına əsasən İsveçrə sistemi ilə 7 tur oynanılıb.
Nəticələrə əsasən qadınlar arasında I yer – Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, II yer – Azərbaycan Dillər Universiteti, III yer – Azərbaycan Memarlıq və İnşaat Universiteti; kişilər arasında I yer – Azərbaycan Memarlıq və İnşaat Universiteti, II yer – Bakı Ali Neft Məktəbi, III yer – Bakı Dövlət Universiteti olub.
Qalib komandalar kubok,medal,fəxri fərmanla təltif olunub,hədiyyələr verilib.







