Xəbərlər
“Azərbaycan müəllimi” milli müsabiqəsinin mükafatlandırma mərasimində ETİHİ Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova təltif olunub.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə keçirilən “Azərbaycan müəllimi” milli müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Layihə çərçivəsində 13 rayon Həmkarlar İttifaqı Komitəsi və 6 universitet Tələbə Həmkarlar İttifaqı Komitəsi maarifləndirici videolarla təmsil olunub. Hazırlanan videolarda həmkarlar ittifaqının fəaliyyəti,əmək münasibətlərində həmkarların rolu,sosial dialoq və müəllimlərin hüquqlarının müdafiəsi mövzuları əks etdirilib.
Bütün iştirakçı rayon və universitetlərin sədrləri layihədə göstərdikləri fəallığa görə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən tərifnamələrlə təltif olunublar.






