“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyində Həmkarlar İttifaqı təsis olunub

04/02/2026, 14:04
xeber1

Azərbaycan Nəşriyyatları Assosiasiyasında Həmkarlar İttifaqı Komitəsinin təsis yığıncağı keçirilib. Təsis iclasında Assosiasiya nəzdində Həmkarlar İttifaqı Komitəsinin yaradılması ilə bağlı təşkilati məsələlər müzakirə olunub.


Tədbirdə Azərbaycan Nəşriyyatları Assosiasiyasının 14 nəfər əməkdaşı, həmçinin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə və sədrin müşaviri Renata Mansurova iştirak ediblər.


Təsis iclasında Həmkarlar İttifaqı Komitəsinin və Təftiş Komissiyasının üzvləri, eləcə də komitənin sədri seçilib, yaradılan qurumun ETİHİ Respublika Komitəsinin xidmətinə qəbul edilməsi barədə qərar qəbul olunub.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi yeni üzvləri ilə birgə həmrəyliyə əsaslanan fəaliyyət istiqamətini davam etdirməkdədir.

Sosial şəbəkələrdə paylaş: