“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

“Azərbaycan peşə təhsili: tarixi və perspektivləri” kitabının təqdimat mərasimi keçirilib

16/11/2026, 16:13
xeber1

“Azərbaycan peşə təhsili: tarixi və perspektivləri” kitabının təqdimat mərasimi keçirilib

13 noyabr 2026-cı il tarixində Peşə Təhsili üzrə Dövlət Agentliyinin fəaliyyətinin 10 illiyinə həsr olunmuş “Azərbaycan peşə təhsili: tarixi və perspektivləri” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə ETİHİ Nərimanov Rayon Komitəsinin sədri Vüsalə Cəfərova da iştirak edib.

Təqdimat mərasimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı çıxış edərək Agentliyin 10 illik fəaliyyətindən, peşə təhsili sahəsində həyata keçirilən islahatlardan və əldə olunan nailiyyətlərdən bəhs edib. Kitabın müəllifi, “Peşə təhsili və insan kapitalı” jurnalının baş redaktoru Şahbaz Balakişiyev nəşrin hazırlanma məqsədi, məzmunu və ərsəyə gəlmə prosesi barədə ətraflı məlumat verib. Kitabda Azərbaycanın peşə təhsilinin tarixi inkişaf yolu, müxtəlif mərhələlərdə əldə olunan nailiyyətlər, müasir vəziyyəti və gələcək perspektivləri geniş şəkildə əks olunub. Daha sonra Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, ADPU-nun professoru, Əməkdar müəllim Mahirə Hüseynova, professor Hikmət Əlizadə və digər qonaqlar çıxış edərək kitabın elmi, tarixi və maarifləndirici əhəmiyyətini vurğulayıb, öz ürək sözlərini bölüşüblər.

Qeyd edək ki, bu nəşr yalnız peşə təhsilinin keçmişinə nəzər salmaq deyil, həm də əldə edilmiş təcrübənin qorunması, gələcək nəsillərə ötürülməsi və insan kapitalının inkişafı baxımından mühüm mənbədir.

ETİHİ Nərimanov Rayon Komitəsi olaraq ittifaq üzvümüz olan “Peşə təhsili və insan kapitalı” jurnalının kollektivini və kitabın müəllifini bu dəyərli nəşrin ərsəyə gəlməsi münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: