“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan qadını-Zərif ruh, güclü iradə

26/08/2026, 09:34
xeber1

Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhər İcra Hakimiyyətinin inzibati binasında “Azərbaycan qadını-Zərif ruh, güclü iradə” adlı tədbir keçirilib.

Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, şəhid ailələrinin üzvləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, ETİHİ Yevlax Şəhər Komitəsinin sədri iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçılarına Azərbaycan qadınının tarixən keçdiyi şərəfli yolu, cəmiyyətdəki rolu və Vətən qarşısındakı xidmətlərindən bəhs edən videofilm nümayiş etdirilib.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi-Yevlax şəhər nümayəndəsi Günel Cəfərova, Yevlax Şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Aytən Kərimli ,Yevlax şəhər Abbas Səhhət adına 6 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Ülkər Əliyeva çıxış edərək Azərbaycan qadınının cəmiyyətin inkişafında, ailə dəyərlərinin qorunmasında, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsində və dövlətimizin tərəqqisində mühüm rolu qeyd ediblər. Bildiriliblər ki, Azərbaycan qadını həm ailədə, həm də ictimai həyatda öz fəallığı, zəhmətsevərliyi, yüksək mənəvi keyfiyyətləri və Vətənə bağlılığı ilə seçilir. Qeyd ediblər ki, Azərbaycan qadınının keçmişdən bu günə qədər nümayiş etdirdiyi qəhrəmanlıq, fədakarlıq və əzmkarlığın gənc nəsil üçün örnək olduğunu vurğulayıblar.

Tədbirin bədii hissəsində Yevlax şəhər Mədəniyyət Mərkəzinin solisti, 8-ci Muğam Televiziya Müsabiqəsinin laureatı Sabir Hüseynovun ifasında musiqi nümunələri təqdim səsləndirilib. Bir-birindən maraqlı ifadlar tədbir iştirakçıları tərəfindən maraq və alqışlarla qarşılanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: