“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Azərbaycan Radiosunun 100 illik yubileyi bölgələrdə qeyd edilir.

04/11/2026, 17:50
xeber1

3 noyabr 2026-cı il tarixdə ETİHİ Salyan Rayon Komitəsinin sədri Aynur Əsgərova Azərbaycan Radiosunun 100 illik yubileyi münasibəti ilə rayonda fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirib.

Tədbirdə radionun Salyan rayonunda salışmış veteran əməkdaşları, həmçinin Azərbaycan televiziyasının region təmsilçiləri, yerli mətbuatın nümayəndələri, sosial şəbəkə fəalları iştirak edib.

Çay süfrəsi ətrafında, dəyirmi masa ətrafında keçən görüşdə komitə sədri medianın cəmiyyətin inkişafındakı tarixi rolundan, o cümlədən Azərbaycan radiosunun insanlarımızın maarifləndirilməsi, mədəniyyətimizin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Aynur Əsgərova bildirib ki, 6 noyabr 1926- cı ildə il dəfə Bakı şəhərində yayımlanan radio mətbuatdan fərqli olaraq insanların səsini məsafədən onlara canlı olaraq çatdırmağı bacaran informasıya vasitəsi kimi tezliklə bölgələrdə də eşidilməyə başlayıb. Bu mənada Salyanda fəaliyyət göstərmiş yerli radio verilişləri redaksiyasının kollektivi də 100 yaşlı radiomuzun tarixində yadda qalan səhifələr yazıb.

Komitə sədri jurnalistlərə can sağlığı, çətin və məsuliyyətli işlərində uğurlar arzulayıb.

Salyan Radio Verilişləri Redaksiyasının məsul redaktoru Alimə Mövsümova, redaktorlardan Rüstəm Məlikov, Leyla Nəsirli, diktorlardan Validə Ağalarova və Fərqanə Cəbrayılova, radionun ştatdankənar müxbiri Lətif Zərbəliyev çıxış edərək fəaliyyət göstərdikləri illərdə hazırladıqları proqramlardan, yadda qalan xatirələrdən danışıblar.

“ARB” və “Space tv”- lərin bölgə təmsilçiləri Kürçaylı Məmmədov, Yaqub Mehdioğlu, şair Zabil Pərviz, “Salyan Media”qrupunun təsisçisi Əli Səlimov çıxış edərək 100 illik tarixi olan milli radiomuzun efir ənənələrinin davam etdirilməsi istiqamətində bu günkü medianın gördükləri işlər barədə danışaraq həmkarlarına və bütün radio dünləyicilərinə uğurlar arzu ediblər.

Tədbir iştirakçıları çay süfrəsi ətrafında təşkil edilmiş səmimi görüşə və onlara verilən dəyərə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin və ETİHİ Salyan Rayon Komitəsinin rəhbərliyinə dərin hörmət və ehtiramlarını bildiriblər.

"ARB"-nin bölgə təmsilçisi Kürçaylı Məmmədov etdiyi daimi əməkdaşlığa görə ETİHİ Salyan Rayon Komitəsinin Fəxri Fərmanına layiq görülüb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: